Muxtar Babayev Finlandiya XİN-in nümayəndə heyəti ilə görüşüb

Muxtar Babayev Finlandiya XİN-in nümayəndə heyəti ilə görüşüb
# 28 oktyabr 2022 14:25 (UTC +04:00)

Azərbaycanda işgüzar səfərdə olan Finlandiya xarici işlər nazirinin xarici ticarət əlaqələri üzrə müavini Nina Vaskunlahtinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR