Narkomaniya və məişət zorakılığına qarşı mübarizə ilə bağlı təbdir keçirilib - FOTO

Narkomaniya və məişət zorakılığına qarşı mübarizə ilə bağlı təbdir keçirilib - FOTO
# 01 dekabr 2022 12:12 (UTC +04:00)

"Liatris Holding"in taşkilatçılığı, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatının dəstəyi ilə "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı təbdir keçirilib.

APA xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə, Elm və təhsil, Səhiyyə, Gənclər və idman nazirliklərinin nümayəndələri, Milli Məclisin üzvləri, QHT rəhbərləri, media nümayəndələri və ekspertlər iştirak edib.

“Liatris Holding”in rəhbəri Ruhiyə Əliyeva bildirib ki, narkotik insanları məhv edir, öldürür, cinayətə sövq edir: "Narkotiklərin nəticəsində cinayətlərin sayı çoxalır, zorakılıqlar artır. Bunların qarşısının alınması istiqamətində dövlət orqanları ilə birlikdə qeyri hökumət təşkilatları, vətəndaşların hər biri əl-ələ verib mübarizə aparmalıdır”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev qeyd edib ki, narkomaniya və məişət zorakılığı ilə bağlı məsələlər hüquq-mühafizə orqanları diqqətindədir və ciddi şəkildə mübarizə aparılır: "Daxili işlər orqanları bütün respublika ərazisində bununla bağlı təbdirlər həyata keçirir. Oğurluq, quldurluqla bağlı cinayətlərdə narkotikin təsirini aşkar edirik. Düşünürük ki, narkotiklə mübarizədə nəticə əldə olunsa, digər cinayətlər də azalacaq".

İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyeva bildirib ki, narkomaniya və məişət zorakılığı hazırda çox aktual problemlərdir: "Bu problemlər məni dərindən narahat edir. Narkomaniya böyük zərbədir, sosial inkişafa mənfi təsir göstərir, cinayətkarlığın artmasına təkan verir. Bu problemlərə ciddi yanaşılır, zəruri işlər aparılır. Əsas məsələ maarifləndirmə işinin gücləndirilməsidir. Mübarizədə yeni üsulların tətbiqi lazımdır".

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib ki, hər iki məsələ aktual problemdir və cəmiyyətimizi narahat edir: "Məişət zorakılığı ilə bağlı hüquq-mühafizə orqanlarına şikayətlər daxil olur. Araşdırma başlayır, bəzən qurbanlar şikayətlərini geri götürür, imtina edirlər. Bu isə bizim işimizə əngəl yaradır. Hesablamalarımıza görə, məişət zorakılığı ilə bağlı törədilən cinayətlərin böyük bir hissəsi narkomaniya ilə bağlıdır. Narkomaniya gələcəyi məhv edir. Bu bəlayla bağlı dövlət orqanları ilə yanaşı bütün vətəndaşlar birgə mübarizə aparmalıdır".

Daha sonra tədbirdə millət vəkilləri, QHT rəhbərləri, media rəhbərləri çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR