Narkotikin təsiri altında avtomobil sürənlərin cəzalandırılmasını nəzərdə tutan dəyişiklər MM-də qəbul edilib

Narkotikin təsiri altında avtomobil sürənlərin cəzalandırılmasını nəzərdə tutan dəyişiklər MM-də qəbul edilib
# 06 iyun 2023 14:04 (UTC +04:00)

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, layihəyə əsasən, narkotikin təsiri altında avtomobil sürənlərin 600 manat cərimələnməsi, sürücülük hüququnun 6 ay məhdudlaşdırılması, narkotikin təsiri altında ictimai nəqliyyat idarə edənlərin sürücülük hüququnun 2 ilədək məhdudlaşdırılması, sürücülük hüququ olmayanlar narkotikin təsiri altında avtomobili idarə etdikdə, onların 800 manat cərimələnməsi, sürücülük hüququ olmayanlar narkotikin təsiri altında ictimai nəqliyyatı idarə etdikdə, onların 6 ayadək inzibati həbs olunması, narkotikin təsiri altında olduqları halda tibbi müayinədən imtina edənlərin sürücülük hüququnun 1 ilədək məhdudlaşdırılması və digər cərimə və cəzalar nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR