Naxçıvan Ali Məclis sədrinin müşaviri dövlət qulluqçusu olacaq

Naxçıvan Ali Məclis sədrinin müşaviri dövlət qulluqçusu olacaq
# 01 fevral 2023 15:55 (UTC +04:00)

İnzibati vəzifələrin 1-ci təsnifatı genişləndirilib.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsi inzibati vəzifələrin 1-ci təsnifatına daxil edilir.

Eyni zamanda layihəyə əsasən, Baş nazirin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin sədrlərinin müşavirləri və köməkçiləri vəzifələri də inzibati vəzifələrin 1-ci təsnifatına daxil ediləcək.

Həmçinin qanuna təklif edilən digər dəyişikliklə Prezident Administrasiyası rəhbərinin köməkçisi inzibati vəzifələrin 2-ci təsnifatına daxil edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müşaviri, köməkçisi, Milli Məclis sədrinin müavininin və Baş nazirin müavininin köməkçiləri vəzifələri də inzibati vəzifələrin 2-ci təsnifatında yer alacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR