Naxçıvan MR Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb

Naxçıvan MR Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb
# 01 may 2023 17:33 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasının Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edilib.

APA-nın xəbərinə görə, Fondun yaradılmasında məqsəd muxtar respublikada əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.

Fondun idarə edilməsi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR