Naxçıvan prokurorluğunda vətəndaş qəbulu keçirilib - FOTO

Naxçıvan prokurorluğunda vətəndaş qəbulu keçirilib - FOTO
# 18 yanvar 2023 18:52 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda vətəndaş qəbulu keçirilib.

Bui barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 18-də Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 17 vətəndaşın müraciəti dinlənilərək, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti orqanlarda həlli üçün müvafiq göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR