Naxçıvanda 1124 məlumat daşınmaz əmlakın qeydiyyat sisteminə daxil edilib

Naxçıvanda 1124 məlumat daşınmaz əmlakın qeydiyyat sisteminə daxil edilib
# 23 yanvar 2023 14:41 (UTC +04:00)

Ötən ay Naxçıvanda 1124 məlumat daşınmaz əmlakın qeydiyyat sisteminə daxil edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində dekabr ayında 814 daşınmaz əmlak obyekti üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, 671 texniki sənəd hazırlanıb, 32 daşınmaz əmlak obyektinə ünvan verilib, 66 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 567 arayış verilib.

Eyni zamanda, xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 119 müraciət qəbul edilərək icra olunub. Müvafiq dövrdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1124 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR