Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə tibbi xidmətlər göstəriləcək

Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə tibbi xidmətlər göstəriləcək
# 07 yanvar 2023 22:14 (UTC +04:00)

Bakı şəhərindən və Türkiyə Respublikasından həkim-psixoterapevtlər bu gün Naxçıvan şəhərinə gəliblər.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Heydər Əliyev muzeyni ziyarət ediblər.

Azərbaycan Respublikası hökumətinin dəvəti ilə Naxçıvan Muxtar Respublikasına gələn həkimlər burada yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə müvafiq tibbi xidmətlər göstərəcəklər.

Səfərin ilk günü qonaqlar Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzovla birgə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reabilitasiya şöbəsinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, müayinələr yanvarın 9-da Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılacaq.

Ceyhun Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR