Naxçıvanda istintaq təcridxanası, cəzaçəkmə müəssisələrinə başçəkmələr keçirilib

Günay Rzayeva

© APA | Günay Rzayeva

# 06 fevral 2023 16:20 (UTC +04:00)

Naxçıvanda yerləşən cəzaçəkmə müəssisələrində məhkumların sosial, əmək hüququ və onlarla rəftar məsələləri ilə bağlı araşdırmalar aparılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva deyib. Ombudsman açıqlamasında bildirib ki, başçəkmələr çərçivəsində Preventiv qrup Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan İstintaq təcridxanası və cəzaçəkmə müəssisələrində olub.

Başçəkmələr zamanı Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə saxlanılma şəraiti, işçi heyətin rəftarı, tibbi xidmətin vəziyyəti, qida rasionu, qidanın keyfiyyəti, habelə məhkumlara tətbiq olunan islahetmə vasitələri, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılmış, saxlanılan şəxslərlə görüşlər keçirilmiş, onlarla ümumi və fərdi söhbətlər aparılıb, hüquq və vəzifələri izah edilib, Preventiv qrup saxlanılan şəxslərin problemləri və ya şikayətləri ilə tanış olmuş, müraciətlərə baxılması üçün Preventiv qrup tərəfindən müvafiq qaydada qeydiyyat aparılıb.

Fərdi və konfidensial qəbul zamanı məhkumlara hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah olunub.

Qeyd edilib ki, müvəkkilin tapşırığına əsasən Preventiv qrup tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR