Naxçıvanda sosial ödənişlərin e-sistem üzərindən proaktiv təyinatına başlanır

Naxçıvanda sosial ödənişlərin e-sistem üzərindən proaktiv təyinatına başlanır
# 09 iyun 2023 16:18 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında da pensiya, müavinət və təqaüdlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmlərinin tətbiqinə başlanır.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən təyinatların e-sistemlər üzərindən həyata keçirilməsi mexanizminin qurulması işləri yekunlaşır və artıq uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı ötən aydan proaktivləşdirilib.

Yaxın günlərdə digər müavinətlərin, pensiya və təqaüdlərin e-qaydada proaktiv şəkildə təyinatına başlanacaq.

Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxsə müraciətinə və sənəd təqdim etməsinə ehtiyac qalmadan proaktiv qaydada bu ödənişlərin təyinatı aparılacaq və bu barədə ona e-qaydada məlumat veriləcək.

Eyni zamanda, Muxtar Respublika üzrə pensiya alan şəxslər də artıq e-sosial.az portalından pensiyaları barədə məlumat ala, habelə elektron arayışlar əldə edə bilərlər.

Xatırladaq ki, 2019-cu ilin əvvəlindən Nazirlik tərəfindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatına başlanıb. Ötən dövrdə 87,1 min pensiya, 486,7 min müavinət, təqaüd proaktiv qaydada təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR