Naxçıvandan Türkiyəyə humanitar yardım göndərilib - FOTO

Naxçıvandan Türkiyəyə humanitar yardım göndərilib  - FOTO
# 08 fevral 2023 19:37 (UTC +04:00)

Bu gün Naxçıvan Muxtar Respublikasından Türkiyəyə humanitar yardım gondərilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu tərəfindən humanitar yardımla bağlı muxtar respublikada yaşayan sakinlərə edilən müraciətdən sonra bu gün Naxçıvandan 12 TIR lazım olan ləvazimat yola salınıb.

Eyni zamanda, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən də qardaş ölkəyə humanitar yardım edilib. TIR-ların yola salınmasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Elşad Əliyev, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR