Nazir: Ağalı məktəbində şagirdlərin sayının 80-90-a çatması planlaşdırılır

Nazir: Ağalı məktəbində şagirdlərin sayının 80-90-a çatması planlaşdırılır
# 15 sentyabr 2022 11:02 (UTC +04:00)

“Builki “Bilik günü” ərəfəsində təəssüf ki, yenə də Ermənistanın təcavüzü ilə üz-üzə qaldıq, şəhidlərimizin olması bizi üzdü. İstənilən halda bu proseslər göstərir ki, Azərbaycanın güclü olması, öz təhlükəsizliyini təmin etməsi olduqca vacibdir. Bu isə birmənalı olaraq elm və təhsildən keçir”.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, builki “Bilik günü”nün əsas mesajı bu idi ki, bu torpaqlar, Qarabağ Azərbaycandır. Dərslərə “Şəhidlər ölməz, Vətən bölünməz” fikri ilə başlanılıb, bu mövzularda müəllimlər şagirdlərə dərslər keçirlər:

“Hazırda Ağalı kənd məktəbinin 60-dan çox şagirdi var. Amma kəndə insanların köçmə prosesi davam edir, eyni zamanda ətrafda bəzi qurumlarda işləyən əməkdaşların övladlarının da burada təhsilə cəlb olunmasını nəzərdə tutmuşuq. Bu səbəbdən yaxın günlərdə Ağalı kənd məktəbində təhsil alan şagirdlərin sayının 80-90-a çatması planlaşdırılır. Hazırda məktəbdə 14 müəllim çalışır, texniki heyətdə də kənd sakinləri işlə təmin olunublar. Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən bu kənddən olan müəllimlər işə cəlb olunub. Sevindirici haldır ki, müəllimlərin işə qəbul müsabiqəsində 800-dən artıq müəllim burada işləmək həvəsini bildirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR