Nazir: “Ağdam, Füzuli və Şuşada şagirdlərin inkişafı üçün xüsusi laboratoriyalar tikiləcək”

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 30 iyun 2022 16:35 (UTC +04:00)

“Növbəti tədris ilindən şagirdlərimiz Zəngilanın Ağalı kəndinə qayıdır”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiada qaliblərinin mükafatlandırılma mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, istər Ağdam, istər Füzuli, istərsə də Şuşada təhsil alacaq şagirdlərin inkişafı üçün xüsusi laboratoriyaların tikilməsi planlaşdırılır:

“Ümid edirik ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə təhsil alacaq şagirdlərimiz də belə olimpiadalarda iştirak edib, yüksək nəticələr əldə edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR