Nazir: Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında icra olunacaq

Nazir: Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında icra olunacaq
# 27 sentyabr 2023 13:21 (UTC +04:00)

Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında və keyfiyyətlə icra olunacaq.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu istiqamətdə sosial təminat və digər tədbirlər həyata keçiriləcək:

"Nazirliyin bütün müvafiq qurumları ailələrlə görüşlərə başlayıblar, müvafiq sənədlər toplanır. Qısa müddətə bütün sosial hüquqlar təmin ediləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR