Nazir: Azad edilmiş ərazilər iqlim dəyişmələrinin təsirinin azaldılması üçün yeni imkan yaradıb

Nazir: Azad edilmiş ərazilər iqlim dəyişmələrinin təsirinin azaldılması üçün yeni imkan yaradıb
# 02 noyabr 2022 10:54 (UTC +04:00)

“Dövlət investisiyası çərçivəsində hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi həyata keçirilir. Ölkə ərazisində fəaliyyət göstərən avtomatlaşdırılmış stansiyalardan və radarlardan daxil olmuş operativ məlumatlar yeni yaradılmış situasiya mərkəzinə ötürülür və ciddi təhlil olunur”.

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, ötən il Qlazqo şəhərində keçirilən sammitdə Azərbaycan 2050-ci ilə qədər istixana effektli qaz investisiyalarının səviyyəsini 40 faizə qədər azaltmaqla bağlı şərti hədəf qoyub, işğaldan azad edilmiş ərazilərdə sıfır emissiya zonasının yaradılmasını bəyan edib:

“Ərazilərimizin təxminən 30 ildən sonra işğaldan azad edilməsi iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılması üçün yeni imkan yaradıb. Həmin ərazilərin bərpası zamanı “yaşıl kənd təsərrüfatı”, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi, ekoloji təmiz texnologiyaların, bərpa olunan enerji mənbələrindən istifadə bu ərazilərin dayanıqlı inkişafında mühüm rol oynayacaq. Burada “yaşıl enerji” zonalarının yaradılması və meşələrin bərpası iqlim dəyişmələrinin təsirinin yumşaldılması hədəflərinə çatmağa imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR