Nazir Azərbaycanda əhalinin yaşlanmasının pensiya sisteminə təsirini açıqlayıb

Nazir Azərbaycanda əhalinin yaşlanmasının pensiya sisteminə təsirini açıqlayıb
# 11 noyabr 2022 16:26 (UTC +04:00)

“Əvəzetmə əmsalı ən mühüm indikatordur”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Azərbaycanın ən yaxşı göstəricisi minimumlardadır: “Son 3 ildəki 3 sosial islahat paketi ilə Prezident bütün resursları ən aşağı gəlirli insanlara yönəltdi. Median pensiyamız da yaxşıdır, 60%-in üzərindədir. Bütün strateji sənədlərimizdə də bu prioritetlərin qorunması məsələsini hədəf kimi qarşımıza qoymuşuq”.

Nazir əhalinin yaşlanması probleminə diqqət çəkib: “Əhalinin yaşlanması ilə bağlı demoqrafik akutar hesablamaları həm özümüz hazırlamışıq, həm də məşhur beynəlxalq akademikləri cəlb edərək 2050-ci ilə qədər hesablamışıq. Bu hesablamalara əsasən, 2035-ci ilə qədər çətinlik yoxdur. 2035-2045-ci illərdə yaşlanma başlayır. 2045-ci ildən sonra isə çağırış başlayır. Bu hesablamalar pensiya sisteminin dayanıqlığına təminat verir. Biz bu illər ərzində formal məşğulluğu təmin etməliyik. Ona görə bütün fokus formal məşğulluğun təmin edilməsinə yönəldilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR