Nazir: Bizim üçün çağırış Böyük Qayıdışın təmin edilməsidir

Nazir: Bizim üçün çağırış Böyük Qayıdışın təmin edilməsidir
# 10 noyabr 2022 14:00 (UTC +04:00)

“Bizim üçün çağırış Böyük Qayıdışın təmin edilməsidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, biz bütün digər sahələrə əvvəlki qaydada vəsait ayırmaqla Böyük Qayıdışın tam və sürətli təmin edilməsində çətinliklə üzləşə bilərik: “Ona görə hesab edirəm ki, biz vəsaiti ilk olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə, orada məşğulluğun təmin edilməsinə yönəltməliyik. Qarabağın yenidən qurulması prosesi bizim bilavasitə müdafiə qabiliyyətimizin artırılması ilə bağlıdır ki, biz büdcədə müdafiə xərclərini artırırıq. Digər sahələrə də bizim büdcəmiz imkan verdiyi səviyyələrdə vəsait ayrılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR