Nazir: "Bu il ali məktəblərə qəbul proqnozu 50 mindən artıqdır"

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 10 iyun 2022 11:50 (UTC +04:00)

"Təhsil uzunmüddətli nəticələr verir. Təhsili yalnız konstruktiv tənqid irəli aparır".

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Abituriyent" jurnalının 12-ci nəşrinin təqdimat mərasimində deyib.

O bildirib ki, Dövlət İmtahan Mərkəzinin təhlilləri də göstərir ki, ali təhsilə əlçatanlıq artıb:

"Bu, yaxşı xəbərdir. Lakin kifayət qədər də riskli tərəfləri var. DİM-in təhlillərindən də görmək olur ki, 16-17 yaşı olanların təxminən 50 faizi heç bir peşə əldə etmir. Nəzərə alsaq ki, hər il ölkədə təxminən 150 min uşaq doğulur. Deməli, 75 şəxsin heç bir formal peşəsi olmur".

Nazir deyib ki, bu il ali təhsil müəssisələrinə qəbul proqnozu 50 mindən artıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR