Nazir: “COVID vaksinləri mövsümi peyvənd kimi istifadə oluna bilər”

Teymur Musayev, səhiyyə naziri

© APA | Teymur Musayev, səhiyyə naziri

# 28 aprel 2022 13:31 (UTC +04:00)

“COVID-19-a qarşı istifadə olunan vaksinlərin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur”.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazir bildirib ki, Hans Klugenin səfəri zamanı da bu məsələ geniş müzakirə olunub: “Gözləntilər elədir ki, kollektiv immunitet nəticəsində ola bilsin ki, pandemiyanın sona çatdığı elan olunsun. Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa, ola bilsin ki, COVID-19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR