Nazir digər məhdudiyyətlərin aradan qaldırılması məsələsinə münasibət bildirib

Teymur Musayev

© APA | Teymur Musayev

# 27 aprel 2022 12:31 (UTC +04:00)

“Ölkədə həyata keçirilən uğurlu vaksinasiya kampaniyası və tətbiq edilən əks-epidemioloji addımlar nəticəsində vəziyyət demək olar ki, stabildir. Rəqəmlər də get-gedə azalmaqdadır. Bu da ümidverici faktdır”.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maska tələbi ləğv edilir.

“Lakin pandemiya davam etdiyindən əhali ayıq-sayıq olmalıdır. Əhalinin sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda maskadan istifadə tövsiyə olunur. Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari epidemioloji vəziyyətdən asılıdır. Çünki məhdudiyyətlərin hamısının birdən götürülməsi koronavirus infeksiyasına yoluxma saylarının kəskin şəkildə artmasına səbəb olur. Əsas rəqəmlər xəstəxanaya yerləşdirilən şəxslərin sayıdır. Xəstəxanaya yatış və ölüm sayları diqqət edilən məqamlardandır”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR