Nazir: Hazırda məktəblərdə dərslik problemi yoxdur

Nazir: Hazırda məktəblərdə dərslik problemi yoxdur
# 25 noyabr 2022 16:08 (UTC +04:00)

"Dərslik çapı ilə bağlı bir mətbəə ilə problemimiz yaranmışdı. Həmin mətbəə tenderdə qalib gəlmişdi, amma dərslikləri çap etməmişdi. Bu səbəbdən bir qisim dərsliklər məktəblərə gec verilmişdi".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda dərslik çatışmazlığı problemi yoxdur:

"Mənim üçün burada günahkar axtarmaq yox, bunun tədrisə təsiri lazımdır. Dərsliklərn gecikməsi kifayət qədər obyektivdir. Kağız çatışmaması səbəbindən istehsal yubanmışdı. Qonşu ölkələrdə də belə problemlər yaranmışdı. Məsələnin mahiyyəti dərslik deyil. İstəyən adam həmin dərsliyin elektron versiyasını tapa bilərdi. Amma noyabrın əvvəlində dərsliklə bağlı proses bitib, hazırda dərslik problemi yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR