Nazir: “İcbari tibbi sığortanın ilkin nəticələri ümidvericidir”

Nazir: “İcbari tibbi sığortanın ilkin nəticələri ümidvericidir”
# 20 may 2022 10:12 (UTC +04:00)

2020-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmi – icbari tibbi sığorta tətbiq edilir. Onun həyata keçirilməsi koronavirus pandemiyasına təsadüf etməsinə baxmayaraq, ilkin nəticələr ümidvericidir.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bunu səhiyyə naziri Teymur Musayev “Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin onlayn formatında keçirilən 35-ci toplantısında çıxışı zamanı deib.

"İcbari tibbi sığortanın tətbiqi planı səhiyyə modullarının tədricən fayda paketinə daxil edilməsini nəzərdə tutur. Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə əməkdaşlıq edərək, eyni zamanda təcrübəmizi bölüşərək daha çox müsbət nəticələr əldə edə bilərik”, - deyə Teymur Musayev fikrini tamamladı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR