Nazir: "Məktəb psixoloqları ailələrlə və uşaqlarla daha çox işləməlidir"

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 21 aprel 2022 13:42 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev Gəncədə məktəbli qızlar arasında baş verən bıçaqlanma hadisəsinə münasibət bildirib.

APA xəbər verir ki, nazir deyib ki, təhsil sistemi çox böyük olduğu üçün tez-tez bu tipli münaqişələrə, xoşagəlməz hallara rast gəlinir və yəqin ki, gələcəkdə də belə halların olması istisna deyil:

“Düşünürəm ki, bu tipli xoşagəlməz hallar daha çox ümumtəhsil müəsisəsi səviyyəsində həll edilməlidir. Digər aidiyyəti dövlət qurumlarının da bu məsələyə cəlb olunmasına ehtiyac var. Konkret bu hal azyaşlılar tərəfindən baş verib. Azyaşlılarla xüsusi ilə tərbiyəçilər, psixoloqlar və aidiyyəti dövlət qurumlarının əməkdaşları, müvafiq şəxslər işləməlidir. Eyni zamanda ailələri də biz heç vaxt unutmamalıyıq. Bu tip halların olmaması arzusundayıq. Amma eyni zamanda başa düşürük ki, təəssüf ki, sayı bu qədər çox olan sistemdə şagird nadincliyindən tutmuş hansısa daha ciddi problemlərlə üzləşmələr olur”.

Nazir deyib ki, məktəb psixoloqları ailələrlə və uşaqlarla daha çox işləməlidir:

“Media tərəfindən də bu məsələlər düzgün şəkildə işıqlandırılmalıdır. Azərbaycanlı şagirdlərin böyük nailiyyətləri mediada bu hadisələr kimi işıqlandırılmır. Amma o uğurların işıqlandırılması Azərbaycan vətəndaşına daha çox fayda verər. Bunlar tarixi hadisələrdir”.

Firuzə Vahid

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR