Nazir mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib - VİDEO

Teymur Musayev, səhiyyə naziri

© APA | Teymur Musayev, səhiyyə naziri

# 28 aprel 2022 13:05 (UTC +04:00)

Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.

APA xəbər verir ki, nazir hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını qeyd edib.

Teymur Musayevin sözlərinə görə, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb:

“Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Yoluxma qeydə alınan ölkələrin sayı o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR