Nazir müavini: “Elektron xidmətlərin göstərilməsi daha da inkişaf etdirilməlidir”

Nazir müavini: “Elektron xidmətlərin göstərilməsi daha da inkişaf etdirilməlidir”
# 21 noyabr 2022 11:31 (UTC +04:00)

Ölkəmizdə rəqəmsal ədliyyənin inkişaf etdirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsi vacib haldır və bu sahə inkişaf etdirilməlidir.

APA xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Eldar Nuriyev deyib.

O bildirib ki, ölkə rəhbərliyi bu məsələni diqqətdə saxlayır: "Bu sahənin genişləndirilməsi üçün adiyyatı qurumlara tapşırıqlar verilib. Bütün dövlət orqanlarında olduğu kimi, Ədliyyə Nazirliyində bu sahədə işlər aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR