Nazir müavini: "Əlillərin məşğulluğunun təmin edilməsi əsas vəzifəmizdir"

Nazir müavini: "Əlillərin məşğulluğunun təmin edilməsi əsas vəzifəmizdir"
# 24 may 2022 11:52 (UTC +04:00)

"Əlillərin məşğulluğunun təmin edilməsi qarşıda duran əsas vəzifələrdən biridir".

"APA -Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Bank” və ADA Universitetinin birgə icra etdiyi, əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına xidmət edən “PAŞA Bank ilə başla” layihəsinin yekunlarına dair tədbirdə deyib.

O bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ötən müddət ərzində həm qanunvericiliyin təkmilləşdirilməsi, həm əlillərə xidmət göstərən infrastrukturun müasirləşdirilməsi, əlillərin cəmiyyətin müxtəlif sahələtində bərabər iştirakı üçün şəraitin yaradılması istiqamətində ardıcıl işlər görülüb. Hazırda o nların cəmiyyətə inteqrasiyası, məşğulluğunun təmin edilməsi qarışda duran əsas vəzifələrdən biridir.

Nazir müavini əlavə edib ki, "PAŞA Bank"ın dəstəyi ilə belə bir tədbirin keçirilməsi də təqdirəlayiqdir: "Bu sahədə sosial tərəfdaşların dəstəyi olmadan uğur qazanmaq çətindir. Bu həm də təbii prosesdir və bütün dünyada şirkətlər, kommersiya qurumları, QHT-lər KSM çərçivəsində öz sosial proqramlarını həyata keçirirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR