Nazir müavini: “Yeni proqnozlar modelinin qurulması üzərində çalışırıq”

Nazir müavini: “Yeni proqnozlar modelinin qurulması üzərində çalışırıq”
# 25 may 2022 14:33 (UTC +04:00)

İnflyasiya ilə bağlı proqnozları biz 2020-ci ilin iyul ayında hazırlamışdıq və avqust ayında Maliyyə Nazirliyinə təqdim edirdik.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Sevinc Həsənova bildirib ki, iyul ayında ərzaq qıtlığı ilə bağlı məlumatlar ümumiyyətlə mövcud deyildi: “Həmin dövrdə biz 3% illik inflyasiya proqnozu vermişdik. Beynəlxalq təşkilatlar da bu proqnozu vermişdi. Proqnozların təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndi. Makroiqtisadi proqnozlaşdırma prosesi dinamik prosesdir və biz bunu daim təkmilləşdirməklə məşğuluq. Türkiyədə makroiqtisadi siyasət yüksək səviyyədədir və orada proqnozlaşdırma işi yüksək səviyyədədir. Biz onlarla çox yaxşı əlaqələr qurmuşuq, onların modelləri ilə tanış olmuşuq və onlarla Azərbaycan üçün yeni model üzərində işləyirik. 2 aylıq treninqlər təşkil etmişik. Maliyyə Nazirliyi və digər qurumlar da bu treninqlərə cəlb olunub. Hazırda yeni modelin qurulması üzərində çalışırıq. Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun regional institutu ilə əlaqəmiz var və onlarla 3 illik potensialın artırılması üçün layihə icra etməyə başlamışıq. Güman edirəm ki, 1 və ya 2 il ərzində daha təkmil model əlimizdə olacaq və proqnozlarda olan boşluqların doldurulmasına nail olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR