Nazir müavini: “Ölkədə kifayət qədər vaksin ehtiyatı var”

Nazir müavini: “Ölkədə kifayət qədər vaksin ehtiyatı var”
# 20 iyun 2022 13:41 (UTC +04:00)

“Hazırda Azərbaycanda koronavirus əleyhinə vurulan vaksinlərin ehtiyatı kifayət qədərdir”.

APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud olan peyvəndlərin istifadəsi göstərişə uyğun olaraq icra edilir: “Gündəlik vurulan vaksinlərin sayı barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı statistik məlumatlarda qeyd olunur. Vaksinasiya prosesi uğurla davam edir. Buster doza almayan vətəndaşlara da peyvənd vurulur. Gətirilməyə ehtiyacı olan yeni partiya vaksinlərin də ölkəyə gətirilməsi daim təmin edilir. Hazırda ölkədə kifayət qədər vaksin ehtiyatı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR