Nazir müavini pensiya haqqında qanunvericiliyə dəyişikliyin mahiyyətini açıqlayıb

Anar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

© APA | Anar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

# 26 aprel 2022 16:31 (UTC +04:00)

“Bu gün qanuna dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiq olunan pensiya konsepsiyasına uyğundur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin müzakirəsi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, bu islahatlarda əsas prinsip sosial ədalət və sosial sığorta prinsipinin gücləndirilməsi olmalıdır: “II Qarabağ Müharibəsi zamanı şəhidlər verdik. Burada ali zabit heyəti də var idi. Ən vacib məsələlərdən biri də odur ki, bu dəyişikliklər nəticəsində elektron təyinatlar da mümkün olacaq. İndiyə qədər 60 min nəfər vətəndaşımız elektron qaydada pensiyaya çıxıb”.

Anar Kərimov qeyd edib ki, son 3 il ərzində sosial ödənişlər, əlillik üzrə müavinətlərə ödənilən məbləğlər 60 % artıb: “Yanvar ayından da əlillik müavinətləri artırılıb. Biz çalışırıq ki, postmüharibə kontingentinə aid şəxslərlə daha çox işləyək. Düşünürük ki, deputatlar haqlı olaraq qeyd edirlər ki, bizim nazirlik daha ön cəbhədə olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR