Nazir müəllimlərin öz evlərinə yaxın yerdə işləməyə üstünlük verdiyini bildirib

Nazir müəllimlərin öz evlərinə yaxın yerdə işləməyə üstünlük verdiyini bildirib
# 27 iyul 2022 12:21 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev müəllimlərin sayının çox olması ilə bağlı fikirlərə münasibət bildirib.

APA xəbər verir ki, təhsil naziri bu gün keçirilən brifinqdə deyib ki, bu doğru fikir deyil.

“Biz müəllimi bütün ölkə üçün hazırlayırıq. Hesabımızı bütün ölkə üçün götürürük. Çünki bizə ən kiçik kəndimizdə belə müəllim lazımdır. Müəllimlər isə öz evlərinə yaxın işləməyə üstünlük verir. Bizim hazırladığımız müəllim sayı vakansiyalarımızdan bir qədər çox olur. Bizim vəzifəmiz hər kəndə, hər yerə müəllim göndərməkdir”, - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR