Nazir müşaviri: Könül istəyər ki, təhsil haqları daha ucuz olsun

Nicat Məmmədli

© APA | Nicat Məmmədli

# 08 sentyabr 2022 15:22 (UTC +04:00)

“Bəzən deyirlər ki, bizdə ali təhsil almaq baha başa gəlir, təhsil haqları yüksəkdir və azaltmaq lazımdır”.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

"Əlbəttə, könül istəyər ki, qiymətlər daha ucuz olsun və tələbələr daha ucuz qiymətə təhsil ala bilsinlər. Lakin daha ucuz qiymətə daha yaxşı təhsil almaq kifayət qədər çətin məsələdir. Çünki təhsil bahalı sahədir və ciddi maliyyə təminatı olmalıdır. Burada maliyyənin artırılmasından danışanda həmin vəsaitin doğru istiqamətlərə yönləndirilməsi məsələsi də diqqətə alınmalıdır", - Nicat Məmmədli bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR