Nazir ötən il elmə ayrılan pulun tam xərclənmədiyini deyib, səbəbini açıqlayıb - VİDEO

Nazir ötən il elmə ayrılan pulun tam xərclənmədiyini deyib, səbəbini açıqlayıb - VİDEO
# 17 iyun 2022 12:49 (UTC +04:00)

“Deputatlar elmə pul ayrılmadığını deyir. Amma bizim elmə ayırdığımız pul belə ötən il tam xərclənməyib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu xərclərin icra olunmaması həmin sahənin strukturdakı problemlərlə bağlıdır: “Bu problemlər öz həllini tapandan sonra da biz bu xərclərin dövlət büdcəsinin icrasında tam təmin edilməsinin şahidi olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR