Nazir: “Peşə təhsili ilə bağlı yeniliklər olacaq”

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 28 iyun 2022 14:33 (UTC +04:00)

"Yeni tədris ilində məktəblərdə xüsusilə informasiya texnologiya sahəsində avadanlıqların, kompüterlərin sayı, o cümlədən internetin keyfiyyəti artırılacaq".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu il ilk dəfə olaraq müəllimlərin sertifikasiyası planlaşdırılır:

“Bu, bir neçə bölgəni əhatə edəcək. Eyni zamanda həm sistem, həm də rəqəmsal bacarıqların artırılması layihəsinin genişlənməsini düşünürük. Təhsil sahəsi ilə yanaşı, peşə təhsili ilə bağlı da yeniliklər olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR