Nazir: "Regional idarələrin yaradılması rayon təhsil şöbələrinin ləğv edilməsi demək deyil"

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 21 dekabr 2021 10:24 (UTC +04:00)

“Regional idarələrin yaradılması rayon və şəhər təhsil şöbələrinin ləğv edilməsi demək deyil”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.

O deyib ki, hər rayonda təhsili idarə edən qurumlar olacaq. Onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək.

Regional idarələr həm vətəndaş müraciətlərinə vaxtında baxılması, həm də yerli məsələlərin həllinə müsbət təsir edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR