Nazir: Şuşa Dost Mərkəzinin layihələndirilməsi tam hazırdır

Sahil Babayev

© APA | Sahil Babayev

# 04 noyabr 2022 19:54 (UTC +04:00)

Şuşa Dost Mərkəzinin layihələndirilməsi tam hazırdır, növbəti ildə tikintisi və istismara verilməsi nəzərdə tutulur.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, eyni zamanda Cəbrayılda digər regional DOST Mərkəzinin, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin, Ağdam, Tərtər və digər rayonlarda DOST filiallarının planları hazırdır. İşğaldan azad olunmuş ərazilərimizin baş planları hazır olduqca, bu layihələr mərhələli şəkildə icra olunacaq: "Həmçinin DOST İnklüziv və Yaradıcılıq mərkəzləri şəbəkəsinin genişləndirilməsində də maraqlıyıq. Həm Bakı şəhərində, həm də regionlarda şəbəkənin genişləndirilməsi ilə bağlı planlar var. Tələbatdan asılı olaraq onların həcmi müəyyən ediləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR