Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmış 3 dövlət Agentliyi qurulur.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
O bildirib ki, hər üç Agentliyin sənədləri hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsi bitib:
"Yanvardan yeni strukturda fəaliyyətə başlayacağıq. 2023-cü ili daha çox elmin inkişafı istiqamətində strategiyanın hazırlanması və icrasına sərf edəcəyik".