Nazir: Yaşa görə pensiyanın orta aylıq məbləği 450 manat olacaq - VİDEO

Nazir: Yaşa görə pensiyanın orta aylıq məbləği 450 manat olacaq - VİDEO
# 11 noyabr 2022 14:23 (UTC +04:00)

“Azərbaycan sosialyönümlü siyasəti ilə əhalinin rifah halının yüksəldilməsi üçün öz hədəflərini müəyyən edir və həyata keçirir”.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, qısa müddət ərzində sosialyönümlü xərclərin 2 dəfə artması böyük nailiyyətdir: “Ölkədə əməkhaqqlarının artırılması sahəsində islahatlar davamlı nəticə göstərir. Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir. Həm yaşa görə, həm də ümumi pensiyaların 400 manatın üzərində olması planlaşdırılır. Yaşa görə pensiyanın orta aylıq məbləğini 450 manat ətrafında, ümumi pensiyanı isə 400 manat planlaşdırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR