Nazirlər Kabinetində meşə yanğınları ilə bağlı işçi müşavirə keçirilib

Nazirlər Kabinetində meşə yanğınları ilə bağlı işçi müşavirə keçirilib
# 03 sentyabr 2022 14:16 (UTC +04:00)

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın bölgələrində son dövrlər baş verən meşə yanğınları ilə bağlı işçi müşavirə keçirilib.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, müşavirədə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə meşə yanğınlarının baş verdiyi ərazilərdə hazırkı vəziyyət, yanğınların səbəbləri, yanğınlarla mübarizə tədbirləri, mürəkkəb relyefli zonalarda yaranan çətinliklər, eyni zamanda qarşıda duran vəzifələr və fəaliyyət müzakirə edilib.

Yanğınla mübarizə tədbirlərinin davam etdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına və qurumlarına tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR