Nazirlik: 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

Nazirlik: 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib
# 24 avqust 2019 12:14 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, 200-nəfərdən çoxu uşaq serebral iflici olanlar, qalanları autizm və daun sindromlu, digər diaqnozlu uşaqlardır.
Müəssisədə uşaqlara dünya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində 15-dən çox növdə reabilitasiya xidmətləri göstərilir.

Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi kimi fəaliyyətə başladığı 2015-ci ilin oktyabr ayından bu vaxta qədər müəssisədə 1450-dək uşağa reabilitasiya xidmətləri göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR