Nazirlik: 3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub

Nazirlik: 3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub
# 30 iyun 2022 20:22 (UTC +04:00)

Bu il azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görülüb.

APA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hazırda 3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.

Kollegiyada cari ildə cəmiyyətin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni penitensiar müəssisələrin istifadəyə verildiyi, habelə cəzaların icrasının səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlərin görüldüyü qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR