Nazirlik: Bəzi valideynlər təsərrüfatdakı işləri üçün uşağı məktəbdən uzaqlaşdırırlar

Nazirlik: Bəzi valideynlər təsərrüfatdakı işləri üçün uşağı məktəbdən uzaqlaşdırırlar
# 05 iyun 2023 13:23 (UTC +04:00)

Uşaqların təsərrüfata cəlb olunması halları ilə tez-tez rastlaşırıq.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, bəzi valideynlər təsərrüfatdakı işləri üçün uşağı məktəbdən uzaqlaşdırırlar:

"Beləliklə, qısamüddətli məqsədlər üçün uşağın gələcəyi sual altında qoyulur. Bəzi valideynlər deyirlər ki, kifayət qədər təhsil alıb və uşağı məktbə buraxmırlar. Amma ümumilikdə şagirdlərimizin 93 faizdən çoxu təhsildən yayınmır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR