Nazirlik: Hansısa regionda müəllimin jurnalda şagirdə 5 verdiyi, imtahandan isə 2 aldığı müəyyənləşdirilib

Nazirlik: Hansısa regionda müəllimin jurnalda şagirdə 5 verdiyi, imtahandan isə 2 aldığı müəyyənləşdirilib
# 05 iyun 2023 13:32 (UTC +04:00)

"Qırmızı attestat almış şagirdlərin buraxılış imtahanlarında aşağı nəticə göstərməsi təhrif olunmuş məsələdir".

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, şagirdin qırmızı attestat alması üçün buraxılış imtahanlarında iki fəndən də 5 alması mütləqdir:

"Çünki attestat imtahan nəticələrindən sonra verilir. Lakin hansısa regionda müəllimin jurnalda şagirdə 5 verdiyi, imtahandan isə 2 aldığı müəyyənləşdirilib. Belə hallar isə sadəcə 1 faiz təşkil edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR