Nazirlik MİQ üzrə vakansiya seçimi zamanı problemin səbəbini açıqlayıb

Nazirlik MİQ üzrə vakansiya seçimi zamanı problemin səbəbini açıqlayıb
# 08 avqust 2022 12:04 (UTC +04:00)

Müəllimlərin işə qəbulu ilə bağlı elektron vakansiya seçimi prosesində qeydə alınan problem gündəlik olaraq gecə saatlarında serverlərdə ehtiyat nüsxələrin alınması ilə bağlı olub.

Bu barədə Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, avqustun 4-dən başlanılan vakansiya seçiminin 8 avqust saat 11:00-da yekunlaşması ilə əlaqədar namizədlərin həmin gün saat 00:00-dan sonra miq.edu.az saytında daha aktiv olması və serverlərdə müvafiq işlərin aparılması sistemdə yüklənməyə səbəb olub:

"Yüklənmə nəticəsində yaranan problem saat 02:41-də aradan qaldırılıb. Vətəndaşların müraciətlərində heç bir dəyişiklik faktı qeydə alınmayıb.

Bununla yanaşı, vakansiya seçimi prosesi üçün namizədlərə əlavə 3 saat vaxt verilib. Seçim prosesi bu gün saat 14:00-da başa çatacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR