Nazirlik ölkədə peyvəndlərin neçə dozada tətbiq olunduğunu açıqlayıb

Vaksin

© APA | Vaksin

# 07 yanvar 2022 17:21 (UTC +04:00)

Səhiyyə Nazirliyi Azərbaycanda koronavirus əleyhinə istifadə olunan peyvəndlərin neçə dozada tətbiq olunması məsələsinə aydınlıq gətirib.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda istifadə olunan hər 4 peyvənd - “Coronavac”, “Pfizer/Biontech”, “Sputnik V”, “Vaxzevriya” (Astrazeneca) 2 doza olmaqla tətbiq olunur.

"Tətbiq olunan vaksinlərdən 2 doza vurulması nəzərdə tutulmayan peyvənd yoxdur. Tətbiq edilən bütün peyvəndlər 2 dozalıdır”, - məlumatda bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”na edilən dəyişikliyə əsasən, COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR