Nazirlik: Omicron ştamının yoluxuculuğu yüksəkdir

Nazirlik: Omicron ştamının yoluxuculuğu yüksəkdir
# 14 yanvar 2022 11:37 (UTC +04:00)

“Koronavirus infeksiyasının “omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştam yüksək yoluxucudur. Belə ki, onun artıq bir sıra ölkələrdə “delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “omicron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov nazirliyin sosial şəbəkələrdəki hesablarına “omicron” ştamı ilə bağlı gələn sualları cavablandırarkən deyib.

O, yeni ştamla yoluxma üçün karantin müddətinə də aydınlıq gətirib. T. Eyvazovun sözlərinə görə, koronavirusun “omicron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır: "Buna əsasən, karantin dövrü bəzi ölkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb".

T. Eyvazov ““Omicron” ştamına yoluxduğu halda bədənin bərpası üçün nə qədər vaxt lazımdır?” sualına isə belə cavab verib: “Başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir. “Omicron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur)”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR