Nazirlik qarşısında etiraz edən şəhid atasının probleminə aydınlıq gətirilib

Nazirlik qarşısında etiraz edən şəhid atasının probleminə aydınlıq gətirilib
# 09 yanvar 2023 17:20 (UTC +04:00)

Bu gün Vətən Müharibəsi şəhidi Altun Məmmədovun atası Nüsrət Məmmədov avtomobil qəzasında xəsarət alan digər oğlu Səbuhi Məmmədova əlillik ala bilmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında etiraz edib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Məmmədov Səbuhi Nüsrət oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə əyani müayinədə iştirak edib.

"Müayinə zamanı müəyyən edilib ki, vətəndaşın ixtisaslaşmış tibb müəssisəsində müalicə müddəti yetərli deyil, müalicəsini davam etdirməlidir. Bu səbəbdən 14.12.2022-ci il tarixində müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edilib" - deyə cavabda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR