Nazirlik: Şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi ev verilməsi proqramı 2025-ci ilə qədər davam edəcək

Nazirlik: Şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi ev verilməsi proqramı 2025-ci ilə qədər davam edəcək
# 10 may 2023 11:36 (UTC +04:00)

“Şəhid ailələri, müharibə əlilləri və veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının icrasına məhz Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılıb. Həmin proqram bu gün də icra olunur”.

Bunu APA-ya açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. Onun sözlərinə görə, proqram çərçivəsində bu günə qədər şəhid ailələri və müharibə əlillərinə 13560, postmüharibə dövründə isə 4760 mənzil və fərdi evlərin təqdimatı həyata keçirilib:

“2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 260 mənzil və fərdi evin təqdimatı olub. Bu il daha 1500 mənzil və fərdi evin təqdimatı nəzərdə tutulub. Ümumilikdə 2018-ci ildən başlayaraq Prezident İlham Əliyevin tapşırıqları, imzaladığı fərman və sərəncamları əsasında bu proqram 5 dəfəyədək genişləndirilib. Nazirlik tərəfindən bu proqramın icrası 2025-ci ilə qədər davam edəcək. Proqram çərçivəsində daha 11 min şəxsin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulub".

Aytən Sakitqızı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR