Nazirlik tərəfindən satışına başlanacaq mənzillərin onlayn alış qaydası açıqlanıb - VİDEO

Nazirlik tərəfindən satışına başlanacaq mənzillərin onlayn alış qaydası açıqlanıb  - VİDEO
# 17 yanvar 2023 12:25 (UTC +04:00)

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Nazirlikdən APA-ya verilən xəbərə görə, satış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək və mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.

Həmin mənzillərdən almaq istəyən şəxslər mənzillərlə necə tanış ola, seçə və ala bilər? Bu barədə hazırlanmış tanıtım-izahat məqsədli videoçarxı təqdim edirik:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR