Nazirlik valideynlərin təşkil etdiyi səfərlərə münasibət bildirib

Nazirlik valideynlərin təşkil etdiyi səfərlərə münasibət bildirib
# 09 sentyabr 2022 15:36 (UTC +04:00)

Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlər üçün yay düşərgələrinin təşkili aktual deyil.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin idman sektorunun müdiri Hilal Salmanov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, Nazirlik sadəcə bu düşərgələri təşkil edən təşkilatlarla əməkdaşlıq edə bilər: “Düşərgəni təşkil etmək üçün yer, baza olmalıdır. Nazirliyin hazırda belə imkanları yoxdur. Onu qeyd edim ki, bu il şəhid övladları üçün bir sıra düşərgələr təşkil olunmuşdu. Amma bunu müvafiq qurumlar və ya qeyri-hökumət təşkilatları həyata keçirmişdi. Biz sadəcə əməkdaşlıq çərçivəsində onlara dəstək vermişdik”.

Hilal Salmanov ayrı-ayrı valideynlər tərəfindən təşkil olunan səfərlər zaman baş verən qəzalara da münasibət bildirib: “Dərsdən sonrakı fəaliyyətdə hər kəs azaddır. Valideynlərin bir-biri ilə əlaqələri var. Sadəcə biz tövsiyə edirik ki, belə hallar olmasın. Nazirlik özü belə tədbirlər təşkil edəndə aidiyyəti qurumlarla əməkdaşlıq edir ki, xoşagəlməz hallar yaşanmasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR