Nazirlik xaricdə doktorantura təhsili almaq istəyənlərə müraciət edib

Nazirlik xaricdə doktorantura təhsili almaq istəyənlərə müraciət edib
# 27 iyul 2022 10:38 (UTC +04:00)

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbulu prosesi davam edir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu prosesə iyulun 15-dən start verilib.

Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama son müraciət tarixi 1 sentyabr 2022-ci ildir.

"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elanqeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.

Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

Hər hansı əlavə sual yarandığı zaman xaricdə doktorantura təhsili ilə bağlı mütəmadi verilən suallara və onların cavablarına (FAQ/MVS) və ya [email protected] elektron poçt ünvanına müraciət oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR